Bakı küçələrində 1 milyon dollardan baha maşın- FOTOLAR
Bakı küçələrində dəyəri 1 milyon dollardan artıq olan avtomobil görünüb. Həmin avtomobil "Bugatti Veyron Mansory LineaVincero"-dur. Onun orta satış qiyməti 1,25 milyon dollardır.
Bu avtomobilin maksimal sürəti 431 km/saat, mühərrikinin həcmi 7993 sm³ (8 litr), gücü 1020-1040 at gücüdür. Maşın 100 km/saat sürəti cəmi 2,5 saniyəyə əldə edir. İlk "Bugatti Veyron Mansory LineaVincero" 2005-ci ildə Fransadakı Molsaym şəhərində istehsal olunub. İndiyədək 450 belə avtomobil satılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.