banner
banner

Şou

Bayram Nurlu evlənməyə hazırlaşır - “Bəyəndiyim qız...“

Bayram Nurlu evlənməyə hazırlaşır - “Bəyəndiyim qız...“

Fərqli obrazları ilə tez-tez müzakirə edilən sosial şəbəkə fenomeni Bayram Nurlu imicində dəyişiklik edib. Saçlarındakı qaynaqlardan azad olan Bayram makiyajla birdəfəlik vidalaşıb.

Cia.az xəbər verir ki, bu barədə “Shownews”a danışan Bayram bunun bir neçə səbəbinin olduğunu vurğulayıb:

"Bilirsiz ki, sosial yönümlü bir layihə üzərində çalışıram. Bu verilişdə bir çox xəstələrə öz büdcəmdən yardımlar edəcəyəm. Hazır proqram üzərində böyük komanda çalışır. Bu haqda çox danışmaq istəmirəm. Tam dolğun məlumat veriləcək. Bu verilişə mən "Babi" obrazında qatıla bilmərəm. Bu, layihənin formatına da uyğun deyil".

O, evlənməyə hazırlaşdığını açıqlayıb:

“Əsas səbəb isə ailə qurmağa hazırlaşmağımla əlaqədardır. Artıq gözaltı etdiyim qız da var. Bu ilin sonuna kimi nişanlanmağı düşünürəm. Artıq anama, bacılarıma da demişəm. Maddi cəhətdən imkanlı olmayan, amma çox tərbiyəli bir ailənin qızını bəyənmişəm. Anama, bibilərimə necəyəmsə, arvadımın ailəsinə də elə olacağam. Onları öz ailəmdən fərqləndirməyəcəyəm. Mən ailədə çox adamın olmağını sevirəm. Məndən olsa, onları da öz evimizə gətirərəm".

Bayram Nurlu evlənməyə hazırlaşır  - “Bəyəndiyim qız...“


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.