Müğənni Mustafa Sandalın həyat yoldaşı Əminə Sandal siması olduğu markanın təqdimat mərasiminə qatılıb. İşlərinin çox olması səbəbindən ailəsinə vaxt ayıra bilməməkdən şikayətlənən Əminə həyat yoldaşının başadüşən biri olduğunu deyib: “Mən Mustafa ilə tanış olanda artıq müğənni idim. Sonra karyeram başqa istiqamətdə inkişaf etdi. Başqaları bizim həyatımızı başa düşə bilməzlər. Əsas odur ki, Mustafa məni anlayır, bu da mənə bəsdir”. Ə.Sandal Mustafanın onu açıq-saçıq kliplərinə görə artıq qısqanmadığını bildirib: “Əvvəl qısqanırdı. İndi isə Mustafa yox, oğlum Yaman qısqanır. Kliplərimə baxmır və mənim tanınmış biri olduğumu qəbul edə bilmir. Atasının isə məşhur olmağını çox sevir. Digər oğlum Yavuz isə mənim fanatımdır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.