banner
banner

Sosİal

Koronanın qadağaları tarixə qovuşur: Sərnişin qatarlarının hərəkəti bərpa olunur

Koronanın qadağaları tarixə qovuşur:

“Azərbaycan Dəmir Yolları” QSC müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparır.

QSC-dən Cia.az-a verilən məlumata görə, enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək olan bu işlər tamamlandıqdan sonra (yəni, 1 oktyabr tarixindən deyil – red.) ölkədaxili sərnişin qatarlarının hərəkəti bərpa ediləcək:

“Sərnişinlərin qatarlarda gediş-gəlişinin necə təşkil olunacağı ilə bağlı qaydalar üzərində iş gedir. Təmir işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək”.

“Bu proses Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn və yoluxma riskinin azaldılmasına yönəldilən bütün tələbləri nəzərə almaqla həyata keçiriləcək. Yaşı 18-dən aşağı şəxslər istisna olmaqla, sərnişinlərin “COVID-19 vaksin sertifikatı” və ya COVID-19-a qarşı immunitet sertifikatının olması əsas şərtlərdən sayılır. COVİD-19 pasportlarının verifikasiyası qərarda qeyd olunduğu kimi xüsusi mobil tətbiqetmə vasitəsi ilə həyata keçiriləcək.

Vaqonlarda sərnişinlərin yerləşdirilməsi və bilet satışı qaydalarına gəlincə, bu və digər məsələlər hazırda işlənilir.

Həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti oktyabrın 1-dən bərpa edildiyindən, şənbə və bazar günləri Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarlar da hərəkətdə olacaq. Qatarların hərəkət qrafiki ilə rəsmi sayt və sosial şəbəkə hesablarımızda tanış ola bilərsiniz”, - deyə rəsmi məlumatda bildirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.