Birinci Avropa Oyunlarının məşəlini cənub bölgəsində Lənkərandan sonra 2-ci olaraq Lerikdə qəbul edilib. Uzunömürlülər diyarının giriş qapısında məşəlçiləri minlərlə rayon sakini qarşılayıb. Məşəli daşımaq şərəfi isə rayonun tanınmış idmançılarına həvalə olunub. Lerikin giriş qapısından H.Əliyev meydanına qədər, təqribən 1115 metr məsafədə məşəl daşınıb və H.Əliyev meydanında maraqlı bayram tədbiri olub. Bayram ovqatlı tədbirdə leriklilər bildiriblər ki, onlar belə bir oyunun ilk dəfə Azərbaycanda keçirilməsindən qurur duyurlar. Birinci Avropa Oyunlarının məşəli mərkəzi H.Əliyev meydanında qurulmuş səhnədə tamaşaçıların gur alqış sədaları altında alovlandırılıb. Qeyd edək ki, Lerikdən sonra Avropa Oyunlarının məşəli bu gün axşam saatlarında Astarada alovlandırılacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.