banner
banner

Sosİal

Tələbələr Yelo Bank-dakı təcrübələrindən danışdı

Tələbələr Yelo Bank-dakı təcrübələrindən danışdı

Yelo Bank bacarıqlı və parlaq peşakarlara üstünlük verdiyi kimi, istedadlı, amma təcrübəsi olmayan gəncləri də düşünərək onlar üçün əlverişli karyera imkanları yaratmağa çalışır. Bunun üçün, gələcəkdə karyerasını bank sahəsində qurmaq istəyən tələbələr üçün təcrübə proqramı təşkil olundu. Ölkəmizin bir neçə universitetindən seçilmiş tələbələr proqramın sonunda öz təəsuratlarını bizimlə bölüşdü. İştirakçıların fikirlərini sizinlə də paylaşmaq istəyirik:

“Bu proqram təhsil aldığım marketinq sahəsində təcrübə əldə etməyimlə yanaşı, mehriban kollektivdə çalışmaq imkanını da yaratdı”.

Paşazadə Ülkər, UNEC

 

«Təcrübə proqramında iş təcrübəsi ilə yanaşı yeni dostlar da qazanmış oldum».

Aynur Seyid, ADNSU

“Proqramlaşdırma sahəsində öyrəndiyim nəzəri bilikləri praktikada istifadə etməyi, peşəkar və savadlı kadrlardan ibarət komanda ile birgə işləməyi, bank sektoru ile yaxından tanışlığı öyrəndim.”
Şamil Səmədzadə, UNEC

«Bu təcrübə proqramını tamamilə fərqli bir insan olaraq başa vurdum»

Nəzrin Quliyeva, ADA

«Təcrübə proqramı zamanı yeni və fərqli insanlar tanıdım, həmçinin Yelo bankın  yaratdığı innovativ mühitdə çalışmaq imkanı qazandım. İş prosesində yaxından iştirak edərək bankın müştərilərə təqdim etdiyi xidmətin keyfiyyətinə necə önəm verdiyinin canlı şahidi oldum».

Qəmər Babazadə, BDU

“Bu təcrübə gələcək karyeramı qurmaq istədiyim rəqəmsal marketinq sahəsində atdığım ilk addım oldu».

Əliyeva Sevda, UNEC

«Ən böyük nailiyyətim front-end sahəsi üzrə qazandığım praktiki biliklər oldu».

Rəşad Əzimov, ADNSU

Qeyd edək ki, Yelo Bank gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirlərin həyata keçirməsini planlaşdırır.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram  hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.