banner
banner

Şou

İlqarə: "Biz onunla otel liftində görüşdük...

İlqarə: "Biz onunla otel liftində görüşdük...

Gənc müğənni İlqarə Kazımova “A Studio” qrupunun 52 yaşında dünyasını dəyişdiyi solisti Batırxan Şukenovun xatirəsinə həsr olunmuş layihə təqdim edəcək.
İlqarə Kazımova açıqlamasında uşaqlıqdan “A Studio” qrupunun heyranı olduğunu bildirib.
“Mən hər zaman “A Stduio” qrupunun böyük heyranı olmuşam. Bu qrupa sevgim qrupun rəhbəri Batırxan Şukenovun istedadının sayəsində yaranıb. Bu cür dahi musiqiçinin hazırda aramızda olmamasına inanmaq çox çətindir. Onun yaradıcılığı tam bir musiqi epoxasıdır. Belə insanlar dünyadan köçəndə anlayırsan ki, insan üçün əsas can sağlıdır. Amma onun mahnıları, səsi və musiqisi əbədi yaşayacaq.
Xöşbəxtlikdən xaricdə istirahət edərkən o cür dahi musiqiçi ilə tanışlıq mənə qismət olub. Biz onunla otel liftində görüşdük və bir neçə dəqiqə ünsiyyət mənə kifayət etdi ki, onun nə qədər işıqlı insan olduğunu dərk edim. Daha sonra mən onun canlı konsertini də izlədim. Onun səsində və musiqilərində ürək var. Bu çox vacibdir.

Mən onun repertuarından bir mahnını ifa edəcəyəm. Həmin mahnını özüməməxsus şəkildə, onu gördüyüm, hiss etdiyim kimi ifa edəcəyəm. Artıq aranjiman işləri gedir. Bəlkə də, həmin mahnıya klip də çəkdirdim”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.