Britni Spirsin uşaqlarının şəkilləri hər kəsi təəccübləndirdi -FOTO
Sosial şəbəkələrdə məşhur amerikalı müğənni Britni Spirsin uşaqlarının fotoları yayılıb.
16 yaşlı Şon Preston və 15 yaşlı Ceyden Ceymsin görüntüləri bir çox istifadəçilər tərəfindən müzakirə mövzusu olub.
Fotoları yeniyetmələrin ataları Kevin Federlaynın dostu paylaşıb. Kadrların hansısa əyləncəli tədbirdən çəkildiyi güman edilir.
Qeyd edək ki, Britni övladları ilə tez-tez görüşmək imkanına malik deyil. Həmçinin yeniyetmələr ulduz analarının sosial şəbəkə hesabında paylaşılmağı sevmirlər. Bu səbəbdən ifaçı ancaq onlar icazə verdiyi halda uşaqlarının şəklini paylaşa bilir. Belə ki, sonuncu dəfə onların şəkli ötən il Britni tərəfindən paylaşılmışdı. Cəmi bir il ərzində uşaqların belə yetkin görünüşü görənləri bərk təəccübləndirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.