banner
banner

Sosİal

Bakıda yanğın baş verən binada 6 yaşlı uşağın meyiti tapıldı

Bakıda yanğın baş verən binada 6 yaşlı uşağın meyiti tapıldı

Bakı şəhərinin Pirallahı rayonunda yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 215 kv.m olan birmərtəbəli, beşmənzilli binanın (taxta konstruksiyalardan ibarət ümumi həyət tipli ev) yanar konstruksiyaları ümumilikdə 155 kv.m sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürüüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Cia.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini xilas edilib. Yanğının kəşfiyyatı zamanı 2015-ci il təvəllüdlü Ələsgərov Emil Elkin oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.