banner
banner

Şou

Türkiyəni qarışdıran azərbaycanlı kimin qızıdır?

Türkiyəni qarışdıran azərbaycanlı kimin qızıdır?

Türkiyənin çoxsaylı telekanalları və maqazin mediası Sima Şərafətdinova adlı azərbaycanlı manekenlə bağlı qalmaqaldan bəhs edir. 

Məsələ burasındadır ki, Sima Şərafətdinova bu ölkədə “Mənim stilim” adlı moda müsabiqəsinin seçmə turunda birinci yeri tutub. Hazırda o, Türkiyə telekanallarının maqazin verilişlərinin az qala bir nömrəli qəhrəmanıdır.

Bu qız Türkiyədə özünə belə imic formalaşdırıb ki, o, Azərbaycanda çox tanınmış, nüfuzlu holdinq rəhbərinin qızıdır, ərköyündür, 13 yaşında ailəsindən xəbərsiz fotomodellik edib. 15 yaşında yenə ailəsindən icazə almadan “Best Model of Azerbaijan” yarışmasına qatılıb və qalib gəlib.

Hazırda onun 17 yaşı var və özünün dediyi kimi, yenə ailəsindən icazəsiz Türkiyədə keçirilən moda yarışmasına qatılıb.

Cia.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bununla belə o, Türkiyənin maqazin mediasına və moda yarışması jürisinə atasının kim olduğunu demir. Əsl adının Simuzər olduğunu, ancaq adının “çox köhnə və dəbdən düşmüş” olduğuna görə dəyişdirib “Sima” etdiyini bildirir. Deyir ki, ailənin tək övladıdır.

Teleaparıcı Kamal Doğulu Simanın qonaq olduğu verilişdə ona “səni birinci edənlər zövqsüzdür” deyib, onun tapşırıqla müsabiqədə birinci yeri tutduğuna eyham vurub. Üstəlik məlum olub ki, Simanın boyu da manekenlik üçün yaramır. O, boyunun 172 sm olduğu haqda məlumat versə də əslində boyunun 165 sm olduğu məlum olub.

İndi Türkiyədə sual edirlər ki, bu qız bu boyla Azərbaycanda gözəllik yarışmasında birinci yeri necə tutub.

Sima 6 dil bildiyini deyir, Türkiyədə özəl universitetlərdən birində kömpüter mühəndisliyi təhsili alır. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.