banner
banner

Sosİal

"Qanunsuz sərnişindaşımalara qarşı sərt tədbirlərə başlanılır" - DANX

"Qanunsuz sərnişindaşımalara qarşı sərt tədbirlərə başlanılır" - DANX

Qeyri-qanuni daşımalara qarşı Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX)və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən tədbir keçirilir.

Bu barədə Cia.az-a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

"Əslində məqsədimiz keçmiş reydlər formasında deyil, sadəcə insanları, hətta qeyri-qanuni daşımaları icra edənləri də məlumatlandırmaqdır ki, qanunsuz sərnişindaşıma ilə bağlı həm dövlət yol polisi, həm DANX çox ciddi, çox sərt tədbirlərə başlayır. Qanunvericiliyin tələblərininn pozulmasına qarşı yol polisinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq addımlar atılır.

Eyni zamanda fərqlənmə nişanı olmayanlara qarşı DANX tərəfindən lazımi tədbirlər görülür. Qanunsuz sərnişindaşıma ilə bağlı isə çox sərt addımlar atılacaq", - N.Allahyarova bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.