Cared Leto Rusiyadan olan ağır xəstə qızın arzusunu yerinə yetirib
Hollivud ulduzu və ifaçı Cared Leto Rusiyadan olan ağır xəstə qızın arzusunu yerinə yetirib - ad günündə ona zəng edib.
Nastya adlı qız həm Caredin, həm də onun “30 Seconds To Mars” qrupunun pərəstişkarıdır. O, 11 yaşından incəsənətlə maraqlanır, artistin bütün mahnılarını əzbər bilir, hətta konserti üçün saatlarla növbə gözlədiyi vaxtlar olub.
Nastya özünün 27-ci yaş gününü Tsarinski hospisində qarşılayıb. Bu vaxt onun qardaşı “Vera” Xeyriyyə Cəmiyyəti ilə əlaqə saxlayaraq, bacısının öz kumirindən dəstək istəyini deyib. Bu imkansız görünsə də, fondun meneceri bunu bacarıb.
Sonunda Cared Leto Nastyaya zəng edib və onunla danışıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.