banner
banner

Sosİal

Bakıda 1-ci sinif şagirdi koronavirusdan öldü

Bakıda 1-ci sinif şagirdi koronavirusdan öldü

Bakıda 1-ci sinifdə oxuyan 6 yaşlı uşaq koronavirusdan ölüb.

Cia.az Publika.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Həmin məktəbin direktor əvəzedicisi bildirib ki, şagird sentyabrın 22-dən 29-dək dərslərdə iştirak edib:

"Daha sonra uşağın anası məktəblə əlaqə saxlayaraq övladının COVID-19 virusuna yoluxduğunu və müalicə edildiyini bildirib. Lakin məktəbə xəstəliklə bağlı hələ də sənəd və ya digər rəsmi məlumat təqdim edilməyib. Azyaşlının nənəsi isə nəvəsində digər yan xəstəliyin olduğunu və bu səbəbdən də səhhətinin ağırlaşaraq vəfat etdiyini bildirib. O da məlum olub ki, azyaşlının ailə üzvlərinin hamısı sentyabrın sonlarında koronavirusa yoluxub".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.