2018-ci ildə evlənib 2019-cu ildə qalmaqallı şəkildə boşanan türkiyəli müğənni Özcan Dənizlə eks-xanımı Feyza Aktan oğulları Kuzeyin qəyyumluq məsələsi ilə bağlı bu gün bir daha qarşı-qarşıya gəlib.
Bu barədə Cia.az “Hürriyet”ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə çəkişməsi növbəti tarixə ertələnib.
Məhkəmə dinləməsinin ardından Özcan Deniz sosial media hesabında çox danışılacaq paylaşım edib.
“Sən övladsan... Hüquqları olan bir şəxsiyyətsən. Heç kim üçün şöhrət, sınaq, məqsəd və ən əsası “kredit kartı” deyilsən. Sənin kiçik bədəninin arxasına sığınıb bunları edən hər kəs, kimliyi nə olursa olsun, axıtdıqları hər damla göz yaşımızın hesabını məhkəmə qarşısında verəcəklər, canım oğlum. Ayaq basdığın torpağa, aldığın hər nəfəsə qurban olacaq güclü bir atan var sənin”, - deyə müğənni instaqramda yazıb.
Qeyd edək ki, ötən günlərdə oğlu Kuzeyi görmək üçün Feyza Aktanın evinə gedən Özcan Dəniz keçmiş xanımı tərəfindən hücuma məruz qalıb. Həmin kadrlar saniyəbəsaniyə kameralara düşüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.