banner
banner

Sosİal

Mərkəzi Bankdan 3 manatlıq əsginasların buraxılması məsələsi ilə bağlı AÇIQLAMA

Mərkəzi Bankdan 3 manatlıq əsginasların buraxılması məsələsi ilə bağlı

 

 

Tədavüldə olan milli valyutanın nominal strukturu adekvat səviyyədədir.

Bu barədə Cia.az-ın sorğusuna əsasən Mərkəzi Mərkəzi Bankdan məlumat verilib.

Ölkədə 3 manatlıq əsginasların tədavülə buraxıla biləcəyi ilə əlaqədar müzakirə və məlumatlara cavab olaraq Mərkəzi Bank hazırda bu məsələnin aktual olmadığı ilə bağlı açıqlama verib.

 

Bildirilib ki, Mərkəzi Bank ölkənin makroiqtisadi inkişaf templərini və eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq ölkə iqtisadiyyatının nağd pulun strukturuna olan tələbini daima qiymətləndirir və onun ödənişlərə adekvatlığını mütəmadi olaraq təhlil edir.

Nəticə olaraq, hazırda tədavüldə olan milli valyutanın nominal strukturunun iqtisadiyyatın bütün seqmentlərinin tələbinin ödənilməsi və ödənişlərin həyata keçirilməsi üçün adekvat səviyyədə olduğu, eləcə də beynəlxalq səviyyədə qəbul olunmuş təcrübəyə tam uyğun olduğu məlumat verilib.

Qeyd edək ki, 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmana uyğun olaraq 2006-cı ildən etibarən tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb.

Yeni nümuməli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.

2021-ci il yanvar ayında isə dizaynı və mühafizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.