banner
banner

Şou

Ebru Gündeşin keçmiş sevgilisi yeni adla və yeni işlə...

Ebru Gündeşin keçmiş sevgilisi yeni

Əslən cənubi azərbaycanlı olan iş adamı Rza Zərrab ABŞ-da azadlığa buraxıldıqdan sonra adını və işini dəyişib.

Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, adını Aaron Qoldsmis olaraq dəyişdirən Zərrab atçılıq mərkəzi işlətməyə başlayıb.

“Next Level Performance Center” adlı şirkət quran iş adamı atları yarışlara hazırlayır. Floridada qurulan mərkəzdə işini davam etdirən Zərrab hazırda Sonata adlı atı yarışa hazırladığını deyib:

 

“20 ildir bu sahədəyəm. Çox şükür arxamda güclü komanda var. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”. 

Xatırladaq ki, Zərrab müğənni Ebru Gündeşdən bu ilin mayında boşanıb. İddiaya görə, Rza Gündeşə Hadisə ilə xəyanət edib.

Qeyd edək ki, Rza Zərrab 2016-cı ildə ABŞ-ın Mayami şəhərində bank fırıldaqçılığı və ABŞ-ın İrana qoyduğu embarqonu pozması ittihamı ilə həbs edilib. Daha sonra ev dustaqlığına buraxılan iş adamının 2017-ci ildən azadlıqda olduğu deyilir. R.Zərrab hətta 2018-ci ildə Nyu-Yorkda restoranlardan birindən çıxarkən görüntülənib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.