“Milyonluq saray”ın sahibi onunla duet oxudu - Video
Müğənni Turan Səfərli “Milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali ilə duet ifa edib.
Cia.az xəbər verir ki, duet ortaqları dahi opera ifaçısı Müslüm Maqomayevin repertuarından “Синяя вечность” mahnısına müraciət edib. Sözügedən mahnıya yeni nəfəs verən ifaçılar ona klip də çəkdiriblər.
Qeyd edək ki, 61 yaşlı B. Dali Azərbaycanda “Milyonluq saray”ın sahibi kimi tanınır. O, Rusiya vətəndaşıdır, illər öncə təqaüdə çıxaraq özünə bu villanı tikdirib. Vaxtı ilə hərbi mühəndis kimi çalışıb, bir çox xarici ölkələrdə olub. O, malikanəsində 19 ölkənin məşhur rəssamlarının əsərlərini toplayıb.
T. Səfərli isə A. Zeynallı adına Musiqi Kolleci və Bakı Musiqi Akademiyasını bitirib. Onun müəllimləri dosent Jalə Cəfərova, Xalq artisti Natəvan Şeyxova olub. Səfərli, həmçinin İtaliyada ustad dərsləri alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.