banner
banner

Sosİal

Sərnişinlərin “BakıKart” probleminə Agentlikdən CAVAB

Sərnişinlərin “BakıKart” probleminə Agentlikdən

 

 

Paytaxt sakinləri “BakıKart” terminallarının azlığından şikayət edirlər.

Sakinlər tərəfindən Cia.az daxil olan müraciətdə qeyd olunub ki, ölkədə əksər marşrutların kart sisteminə keçməsinə baxmayaraq, dayanacaqlarda ödəniş terminalları demək olar ki, mövcud deyil:

“Bayıldan “İçərişəhər” metro stansiyasına piyada getməli oluruq. Məsələ ilə bağlı müraciət etmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz alınmır”.

 Bakı Nəqliyyat Agentliyindən (BNA) Cia.az-ın  sorğusuna cavab olaraq bildirilib ki, sərnişinlərin rahatlığını təmin etmək üçün dayanacaq məntəqələrindən kənarda “BakıKart”ın balansını artırmaq üçün vasitələr istifadəyə verilib:

“Sərnişinlərimiz artıq internet portalı (online.bakikart.az) üzərindən, 200-dən artıq “OBA” marketdə kassalarda quraşdırılan post-terminallardan və “MilliÖn”ə məxsus 1000-ə yaxın ödəmə terminalından istifadə etməklə “BakıKart”ın balansını artıra bilər. Bununla yanaşı, hazırda strategiyaya uyğun olaraq gələcəkdə NFC və birbaşa bank kartları vasitəsilə də “BakıKart”ın balansını artırmaq imkanlarının işə salınması üçün texniki tədbirlər görülür”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.