Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olan toz-dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən xəbərə görə, hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.
Bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib: "Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”.
G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.