Ebru Gündeş fanatları ilə selfi çəkdirdi - FOTOLAR
Müğənni Ebru Gündeş həftəsonu Kiprdə konsert verib. Cia.az-ın acunn.com-a istinadən məlumatına görə, ifası zamanı fanatlarının bütün xahişlərini qəbul edən ifaçı onlarla selfi çəkdirib. Bir dinləyicisi isə gətirdiyi "selfi çubuğu"yla ailəsi və müğənnin fotosunu çəkib. Gecə boyu keçmiş xit mahnılarını səsləndirən Ebru növbəti albomuna Adnan Şensesin ifasıyla məşhurlaşan "Neden saçların beyazlamış arkadaş" mahnısını salacağını deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.