Film təqdimatına “Gucci”dən geyinib gəldilər - FOTO
Böyük Britaniyanın London şəhərində Ridli Skotun “Gucci Evi” filminin premyerası baş tutub.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, qırmızı xalının əsas ulduzu ekran işində baş rollardan birini ifa edən müğənni Ledi Qaqa olub. O, “Gucci”nin Hollivudda təqdim olunmuş “Gucci Love Parade” kolleksiyasından olan tünd-bənövşəyi şifon libasda görüntülənib.
Digər baş rol ifaçısı Adam Drayver də “Gucci”dən geyinib. O, tədbirə klassik kostyumda qatılıb.
Aktyor Cared Leto da istisna olmayıb. O, “Gucci”dən olan mavi məxməri kostyum, köynək, ayaqqabı, ürək formasında çanta və kolyedə görüntülənib.
“Gucci”nin məxsus olduğu “Kering Group” korporasiyasının baş direktoru Fransua-Anri Pinonun aktrisa həyat yoldaşı Salma Hayek də brendin libasında görüntülənib.
Qeyd edək ki, ekran işində “Gucci” brendinin yaradıcısının nəvəsi və moda evinə rəhbərlik edən Mauritsio Quççinin (Adam Drayver) sifarişli qətli haqda danışılır. Biznesmenin qətlini 1955-ci ildə onun keçmiş həyat yoldaşı Patritsiya Redcani (Ledi Qaqa) təşkil etmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.