banner
banner

Sosİal

Bakının ekspressləri bu ünvanlarda dayanacaq - ÜNVANLAR

Bakının ekspressləri bu ünvanlarda dayanacaq -

Bakıda ekspress avtobusların xidmət göstərəcəyi və dayanacağı ünvanlar müəyyənləşdirilib. 
Cia.az-ın məlumatına görə, Avropa Oyunları ərəfəsində və yarış günlərində xüsusi ünvanlarda dayanan ekspres avtobuslar oyunlar keçirilən ərazilərə gedəcək.
Ekspress avtobuslara metronun “Nizami”, “28 may”, “Gənclik”, “Koroğlu”, “Elmlər Akademiyası” və “20 yanvar” stansiyalarının yaxınlığındakı dayanacaqlarda minmək olar. 
Qeyd edək ki, Avropa Oyunları keçirilən ərazilərdə xidmət göstərmək üçün Bakıya 300 ədəd “İVECO” markalı sərnişin avtobusu gətirilib. 
Yeni avtobuslar Avropa standartlarına tam cavab verir.
Həmin avtobuslar Nəqliyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və “Bakıbus” şirkəti tərəfindən gətirilib. Avtobuslarda sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var.
Yeni avtobuslardan əlillər də istifadə edə biləcək.
Həmin avtobusları idarə etmək çün xüsusi geyimli sürücülər ayrılıb. Sürücülər xarici dil kursları keçiblər. Onlar paytaxtın bütün ərazilərini yaxşı tanıyır və təcrübəli sürücülərdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.