Türkiyənin tanınmış müğənnisi Mustafa Cecelinin konsertində gərginlik olub.
Şanlıurfa Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən konsertə vətəndaşlar həddən artıq maraq göstərib. Konsert ərazisinə gələn Mustafa Ceceli böyük bir fanat kütləsi tərəfindən qarşılanıb. Konsertdə bir-birindən gözəl mahnılar oxuyan Cecelini pərəstişkarları müşayət edib.
Ancaq konsert keçirilən ərazidə xüsusi təhlükəsizlik tədbirləri kifayət etmədiyi üçün polis dəstələri müdaxilə edib. Fanat kütləsi Ceceliyə yaxınlaşmaq üçün bir-biri ilə yarışıb və nəticədə izdiham yaranıb. Gərginlikdən sonra Mustafa Cecelinin konserti yarımçıq qalıb və müğənni səhnəni tərk edib.
Cecelinin səhnədən ayrılmasından sonra gərginlik daha da artıb. Bir qrup gənc səhnəyə daş və butulka atıb. Hadisə yerinə gələn TOMA narazı kütləyə təzyiqli su sıxaraq nümayişçiləri dağıtmağa çalışıb. İxtişaş zamanı iki jurnalist yaralanıb. Bəzi etirazçılar Atatürk abidəsinə çıxıb və bayraqları aşağı salmağa çalışıb. Polis müdaxiləsindən sonra nümayişçilər ara küçələrə qaçıblar. Polis ixtişaşlarda fəal iştirak edən 11 nəfəri saxlayıb. 






Cia.az


