banner
banner

Sosİal

Dekabrın 15-dən Bakıda istilik kəsilə bilər - XƏBƏRDARLIQ

Dekabrın 15-dən Bakıda istilik kəsilə bilər -

"Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə Cia.Az-a açıqama verən "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, borcun ödənilməsi istiqamətində iş aparılır.

"Hazırda bütün qazanxanalar təbii qazla təmin olunur. Heç bir qazanxananın qaz təchizatında problem yoxdur. Borcun ödənilməsi istiqamətində isə "Azəristiliktəchizat" tərəfindən zəruri tədbirlər görülür. Borc bu ilə aiddir. Ötən illərə aid borcumuz yoxdur", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, "Azəristiliktəchizat"a 15 dekabradək "Azəriqaz" İstehsalat Birliyinə ödəniş etməsi üçün vaxt verilib. Ödəniş edilmədiyi halda, qərara əsasən, qazın verilişi dayandırıla bilər. "Azəriqaz" borcun həcminin 25 milyon manat olduğunu açıqlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.