banner
banner

Sosİal

ATV telekanalı şəhidlərə görə efir proqramını dəyişdi - AÇIQLAMA

ATV telekanalı şəhidlərə görə efir proqramını dəyişdi

 

 

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb.

Hadisə ilə bağlı ATV telekanalı efir siyasətində dəyişiklik edib.

Məsələ ilə bağlı Cia.az-ın sorğusuna cavab olaraq telekanalın media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli əyləncə xarakterli verilişlərin dayandırıldığını bildirib:

 

“Həmin gündən etibarən proqramda dəyişiklik edildi. Efirdə olacaq əyləncəli verilişlər çıxarıldı. Baş vermiş hadisə ilə bağlı reportajlar, süjetlər və şərhlər yayımlandı və bu gün də məsələ ilə bağlı efir siyasətimiz eyni qayda ilə davam edəcək.

Əlavə olaraq onu da qeyd edək ki, bu gün efirimizdə Laçın rayonunun işğaldan azad edilməsinin 1-ci ildönümü ilə bağlı materiallara da geniş yer verilib.

ATV telekanalı olaraq, şəhidlərimizin ailələrinə başsağlığı veririk. Allahdan şəhidlərimizə rəhmət, yaralananlara isə şəfa diləyirik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.