Yenicə ana olan modelin inanılmaz görünüşü – fotolar
Hamiləliliyi müddətində normal bədən quruluşu ilə diqqət çəkən model Sarah Steyc doğuşdan sonra çəkdirdiyi şəkilləriylə gündəmə gəlib. 30 yaşlı model aprelin 14-də doğulan oğlunu əmizdirərkən pozlar verib. İstifadəçilər doğuşdan sonra çəkisi artmayan Saranı “Bədənini qorumaq üçün körpəsini təhlükəyə atır” deyə tənqid ediblər. Bütün deyilənlərə baxmayaraq, sara uşağı ilə çəkilmiş fotolarıyla oğlunun səhhətinin yerində olduğunu nümayiş etdirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.