“Pensiya ilə yanaşı, müavinətlər də artacaq” - Sahil Babayev
“Prezident İlham Əliyevin tapşırığı ilə sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb. Bu paket çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiyada artım olacaq. Pensiya ilə yanaşı, müavinətlər də artacaq”.
Cia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin açılışızamanı KİV-ə müsahibəsində bildirib.
O qeyd edib ki, 2018-2021-ci ildə minimum pensiya artımı 82%, orta pensiya artımı 60% olub. Müavinətlərdə də artımlar orta hesabla 2 dəfəyə yaxın olub. Ümumən, yeni ildən növbəti sosial islahat paketi çərçivəsində pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardımlar artacaq. Bu artımların 2 milyondan çox insanı əhatə edəcəyini deyən S.Babayev bildirdi ki, əlavə olaraq 1 milyon 100 mindən çox pensiyaçının pensiyası da gələn ildən indeksasiya nəticəsində artacaq.
Qeyd edib ki, pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə həmin istiqamətdə mühüm addımlar atılıb. Pensiya sistemində yeni humanist yanaşmaların tətbiqi davam edəcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.