Şahdağa istirahətə gedən məktəblilər dəhşət yaşadı – ÖLƏN VAR
Dekabrın 5-də Qusar rayonu Ləzə kəndində - Şahdağ zirvəsinin yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Dağlıq əraziyə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu qayadan yıxılaraq ölüb.
Bildirilib ki, orta məktəb şagirdi olan Nihad məktəbli dostları ilə birgə Şahdağa istirahətə gedib. Bu məqsədlə onlar avtobus icarəyə götürüblər və Bakıdan Qusara yola düşüblər. Qarlı-şaxtalı havada dağlıq ərazidə dostları ilə birlikdə şəkil çəkdirən N.Rüstəmli daha sonra hündürlüyü 50 metrdən çox olan qayanın üstünə çıxaraq selfi çəkdirmək istəyib. Bu zaman onun ayağı şaxtanın da səbəb olduğu sürüşkənlik səbəbindən sürüşüb və 13 yaşlı oğlan qayadan yıxılıb. O, hadisə yerində vəfat edib.
N.Rüstəmlinin meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.