banner
banner

Sosİal

Azərbaycanın quru sərhədlərinin açılması məsələsi ilə bağlı AÇIQLAMA

Azərbaycanın quru sərhədlərinin açılması

 

Quru sərhədlərin bağlı olması turizmə təsir edir, lakin sərhədlərin tamamilə açılmasında risklər mövcuddur.

Bunu Cia.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ deyil:

 

“Azərbaycan 60-dan çox ölkə ilə sərhədləri açıb. Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və həmin ölkələrdən giriş-çıxışda məhdudiyyətlə tətbiq olunur”.

Fuad Nağıyevin sözlərinə mövcud səbəblərdən dolayı dövlət hansı risklərin qayıda biləcəyini hesablayır:

“Biz Dövlət Turizm Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin biz bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Məsələn, biz Gürcüstanla quru sərhədləri açsaq, yoluxan və ölüm faktı çoxalacaqsa bu dövlət üçün risk kəsb edəcək. Hazırda Gürcüstanda yoluxma sayı çoxdur”.

Agentlik sədri qeyd edib ki, dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı düşünür və müvafiq proses ardıcıl olaraq aparılmalıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.