banner
banner

Sosİal

Bakıda intihar: Sevdiyi qıza görə özünü binadan atdı

Bakıda intihar:

 

 

Dünən saat 13:00 radələrində Bakı şəhər Nərimanov rayonu Ağa Nemətulla küçəsi 79 ünvanında yerləşən çoxmərtəbəli binada intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, binanın eyvanına çıxan Məmmədov Ruslan İlqar oğlu özünü binadan atıb.

O, hadisə yerindəcə keçinib. İlkin araşdırma zamanı məlum olub ki, intihar edən gənc yaxınlıqda yerləşən marketdə çalışıb və həmin ticarət obyektində çalışan Aysel (ad şərtidir) adlı qızı sevib.

Onlar iki ay müddətində sevgi münasibətində olublar. Lakin bir neçə gün əvvəl münasibətləri pozulub və Aysel Ruslanla danışmaqdan imtina edib.

Sevdiyi qızın ondan üz döndərdiyini və bütün cəhdlərinə baxmayaraq, barışmadığını görən gənc oğlan özünü binadan atmaq qərarına gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.