banner
banner

Sosİal

Qarabağ və Şərqi Zəngəzurda nə qədər ağac əkilib? - FOTO

Qarabağ və Şərqi Zəngəzurda nə qədər ağac əkilib?

 

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, bu günədək işğaldan azad edilmiş rayonların geoloji xəritələri təftiş edilib, fond məlumatlarına əsasən mövcud olmuş mineral xammal ehtiyatlarının balansı yenidən qiymətləndirilib. Bu rayonlarda mövcud olmuş 167 yatağın kadastr işləri icra edilib, işğal dövründə talan edilmiş 52 yatağın təftişi və monitorinqi aparılıb, dəymiş ziyanın ilkin qiymətləndirilməsi aparılıb. Yeraltı su mənbələrinin öyrənilməsi istiqamətində Ağdam rayonunda 523, Füzuli rayonunda 68 quyu təftiş edilib. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilib, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib. 

İşğaldan azad edilmiş ərazilərdə meşəsalma tədbirlərini nəzərdə tutan “2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” hazırlanıb. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulur. Bu ilin əvvəlindən Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd rayonlarının ərazilərində ümumilikdə 20 minə qədər ağac tingi əkilib, eləcə də 2 tona yaxın Palıd və Şərq çinarı toxumları səpilib. Meşəsalma ilə bağlı planlaşdırılan ərazilərin minalardan təmizlənməsindən sonra genişmiqyaslı meşə əkini tədbirləri həyata keçiriləcək.

 

Eyni zamanda hidrometeoroloji fəaliyyətin bərpası sahəsində görülən işlər barədə qrup üzvlərinə məlumat verilib. İşğaldan azad edilmiş ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulubdur. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 2022-ci ilin aprel ayınadək 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işləri başa çatdırılacaq. 

Görüşdə həmçinin “Azərsky” peyk təsvirlərindən istifadə edilməklə işğaldan azad edilmiş ərazilərdə aparılmış monitorinqlər, o cümlədən kənd təsərrüfatı sahəsində payız əkinləri üçün şumlanmış ərazilər, bu ərazilərin rayonlar üzrə statistikası üzrə görülmüş işlər haqqında qrup üzvlərinə məlumat verilib.    

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.