banner
banner

Sosİal

Bakıda 13 yaşlı şagirdin intiharının PƏRDƏARXASI

Bakıda 13 yaşlı şagirdin intiharının PƏRDƏARXASI

 

Dekabrın 1-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxıldığı deyilən 13 yaşlı Z. A. Abdullazadənin həyatına qəsd etdiyi məlum olub.

Yaxınları bildirib ki, ailədə valideynlər arasında daim münaqişələr baş verib və yeniyetmə qız ata-anasını barışdırmaq, onların dalaşmasının qarşısını almaq üçün dəfələrlə səy göstərib.

Lakin buna baxmayaraq, valideynlər məktəbli qızın yanında münaqişələrinə davam ediblər.

Bundan sonra orta məktəbin 7-ci sinif şagirdi olan qız həyatına qəsd etmək fikrinə düşüb. O, evdə qoyduğu kağızda “Kim istəyirsə, arxamca gəlsin” sözlərini yazıb və özünü pəncərədən atıb.

Yeniyetmə qız hadisə yerində vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.