“Hörümçək adam” silsiləsindən sonuncu filmin bu günlərdə dünya nümayişinə çıxmasının ardından indiyədək baş qəhrəmanları canlandıran aktyorların qonorarları açıqlanıb.
Məlum olub ki, indiyədək silsilədən ən yüksək gəlir əldə edən Tobi Maquaerdir.
O, 2002-ci ildə ekranlara çıxmış ilk “Spider-Man”ə görə 4, ikincisinə görə 17.5, üçüncüsünə görə isə 15 milyon dollar alıb.
2012 və 2014-cü illərdə istehsal olunmuş “Möhtəşəm hörümçək adam” filmlərində baş rolu ifa edən Endryu Qarfild ilk filmdən yarım, ikincisindən isə iki milyon dollar qonorar əldə edib.
Sonuncu “Hörümçək adam” olan Tom Holland isə “Spider-Man: Homecoming” (2017) filmi üçün 1.5, “Spider-Man: Far From Home” (2019) üçünsə 4 milyon dollar alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.