banner
banner

Sosİal

Bəzi məhsulların ixrac rüsumlarının dərəcəsi endirildi

Bəzi məhsulların ixrac rüsumlarının dərəcəsi endirildi

 

 

Gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsi endirilib. 

 Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərar ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, gön və dəri məhsullarının xammal kimi istifadə olunduğu istehsal və emal sahələri üzrə yerli sənaye müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə hazırlanıb.

Qərar xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 4101 20 100 0, 4101 20 300 0, 4101 20 500 0, 4101 20 800 0, 4101 50 100 0, 4101 50 300 0, 4101 50 500 0, 4101 50 900 0, 4101 90 000 0, 4102 10 100 0, 4102 10 900 0, 4102 21 000 0, 4102 29 000 0 və 4105 10 000 0 alt yarımmövqelərində təsnifləşdirilən gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının mövcud dərəcəsi saxlanılmaqla, 4104 11 100 0, 4104 11 510 0, 4104 11 590 0, 4104 11 900 0, 4104 19 100 0, 4104 19 510 0, 4104 19 590 0 və 4104 19 900 0 alt yarımmövqelərində təsnifləşdirilən gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsinin 1000 kiloqram üçün 350 ABŞ dollarından 150 ABŞ dollarına endirilməklə qüvvədə olma müddətinin 31.12.2023-cü il tarixinədək uzadılmasını nəzərdə tutur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.