banner
banner

Şou

“30 illik evliliyimizdə bunu ilk dəfə edəcəyik” - Dilarə Əliyeva

“30 illik evliliyimizdə bunu ilk dəfə edəcəyik”

Əməkdar artist Dilarə Əliyeva ailəsi ilə bərabər Yeni ili Şəkidə qarşılamağı planlaşdırır.

Bunu Cia.az-a açıqlamasında aktrisanın özü deyib.

 
 Həyat yoldaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyevlə bərabər “Zəhər tuluğu” filminin təqdimat gecəsinə qatılan aktrisa Yeni ili Şəkidəki hotellərin birində qarşılayacaqlarını deyib:

“3-4 gün istirahət edəcəyik, ilin yorğunluğunu çıxaracağıq. Həyatımızda ilk dəfə Yeni ili Bakıda deyil, evdən kənarda qeyd edəcəyik. 30 illik ailə həyatımızda ilk dəfə belə bir hadisə baş verəcək”.

Əməkdar artist, həmçinin qızı Aytənin ailəsi ilə bərabər Bakıda olduğunu açıqlayıb:

“Qızım ailəsi ilə Bakıdadır. Burada yaşayırlar. Xaricdə yaşamaq planları var idi, sonra pandemiya oldu. Ona görə düşündük ki, burada yaşasınlar. Hələlik xaricə getməklə bağlı planları yoxdur”.

Qeyd edək ki, D.Əliyevanın qızı Aytən 2019-cu ilin iyununda Sadıq adlı bəylə ailə həyatı qurub. Həmin ərəfədə D.Əliyeva onların Fransada yaşayacaqlarını bildirmişdi. Cütlüyün 2020-ci ilin sentyabrında qız övladı dünyaya gəlib.

Onu da qeyd edək ki, Oqtay və Dilarə cütlüyünün Banu adlı qızı da var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.