Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, soyuq hava kütlələrinin ölkə ərazisinə şərqdən daxil olduğuna görə intensiv və güclü yağıntılar səhər saat 11:00-a olan məlumata əsasən Quba-Qusar bölgəsində qeydə alınıb.
Belə ki, düşən yağıntının miqdarı Qusarda 31 mm (aylıq normanın 86 %-i) olub. Bakıda və Abşeron yarımadasında sulu qar müşahidə edilib.
Qubada 8 mm, Xaçmaz, Neftçalada 7 mm, Astara, Lerikdə 5 mm, Şabranda 4 mm, Altıağacda 3 mm, Yardımlı, Qrızda 2 mm, Lənkəran, Sarıbaş (Qax), Biləsuvar, Salyan, Cəfərxan, Sabirabad, Şamaxı, Qobustan, Göytəpə, Xaltanda 1 mm, Pirallahıda 5 mm, Bakı, Maştağada 4 mm, Binədə 3 mm, Sumqayıtda 2 mm, Neft Daşları, Çilov adasında 1 mm-dək olub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.