banner
banner

Sosİal

İl ərzində hava çirklənməsi ilə 954 müraciət qeydə alınıb

İl ərzində hava çirklənməsi ilə 954 müraciət qeydə alınıb

İl ərzində hava çirklənməsi ilə 954 müraciət qeydə alınıb.

Cia.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, səyyar laboratoriya alınıb: "Bu il atmosferə 880 milyon ton tullantı atılıb.
Bunun 600 milyon tonu nəqliyyatın payına düşür. Hibrid avtomobillərin istehlakı hava çirklənməsinin qarşısını nisbətən ala bilər. Ən çox hava çirklənməsi Neftçilər prospekti, Dərnəgül dairəsi, Nobel prospekti, 20 yanvar, Lökbatan dairələri və b. ərazilərdə qeydə alınıb. Göstəricilərə görə, Lökbatan dairəsində hava daha çox çirklənib".
U. Tağıyev əlavə edib ki, havanın çirklənməsi fəsildən fəsilə dəyişir:

"Hava çirklənməsi göstəriciləri isti havada daha da yüksəlir".
Nazirlik rəsmisi həmçinin bildirib ki,cəza tədbirləri görülüb, lakin bu, kifayət deyil. İctmai qınaq hava çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.