Adel Silvestr Stallonenin malikanəsini endirimlə aldı -FOTO
Böyük britaniyalı müğənni Adel amerikalı aktyor Silvestr Stallonedən Beverli Hillsdəki malikanəsini endirimlə alıb.
“Rembo” filmlərinin ulduzu evini ilkin dediyi dəyərə sata bilmədiyi üçün onun qiymətini demək olar ki, iki dəfə aşağı salmışdı.
Məlumata görə, aktyor ilk əvvəl daşınmaz əmlakına görə 81 milyon funt sterlinq istəyib, ancaq alıcı tapılmayıb. Ötən ilin mayında o, evin qiymətini 63 milyon funt sterlinqə endirdi, lakin bu da heç bir nəticə vermədi. Sonda o, malikanəni 42 milyon funt sterlinqə satdığını elan etdi.
Yeni qiymət məşhur ifaçını qane etdiyindən, o, malikanəni almaq qərarına gəlib.
Beləliklə, Adel London və Los-Ancelesdəki evlərinin də yer aldığı daşınmaz əmlak portfelini genişləndirib.
Qeyd edək ki, 33 yaşlı ifaçının əri Riç Paul ilə birlikdə sərvəti hazırda 140 milyon funt sterlinq qiymətləndirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.