banner
banner

Sosİal

Azərbaycanda deputat karantin qaydalarını pozdu -FOTO

Azərbaycanda deputat karantin qaydalarını pozdu

 

 

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozub. 

Cia.az-ın məlumatına görə, deputat Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydaları kobud şəkildə pozaraq, İmişli rayonunda təşkil olunan yas mərasimlərində iştirak edib. 

 

Belə ki, deputat bir neçə yas mərasiminə qatıldığını özünün sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri istisna olmaqla, açıq və qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağandır.

Xatırladaq ki, Milli Məclisin sonuncu plenar iclaslarından birində (14 dekabr) R.Nurullayev çıxışı zamanı yas mərasimlərinin keçirilməsinə icazə verilməsini istəyib:

“Mənə müraciət edən onlarla din xadimləri adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyirəm”.

Yəni, bu çıxış onu göstərir ki, deputat yas mərasimləri ilə bağlı qadağadan, yumşaq desək, xəbərdardır.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.