Şirvanda bir ailənin üzvləri dəm qazından zəhərlənib.
“Report”un verdiyi məlumata görə, hadisə Şirvan şəhəri T.İsmayılov küçəsində qeydə alınıb.
Belə ki, Şirvan sakinləri, 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu, 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə ikən dəm qazından zəhərləniblər.
Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.