Elşad Xose həyat yoldaşını danışmağa qoymadı -FOTO
Reper Elşad Xose həyat yoldaşı Lətifə ilə birgə müğənni Zamiq Hüseynovun Heydər Əliyev Sarayındakı konsertinə qatılıb.
Elşad Xose Teleqraf.com-a açıqlamasında nikahının gizli etməsindən danışıb:
“Xanım incəsənət aləmindən deyil. Ona görə də istəmədik və qabarıq şəkildə efirə çıxarmadıq. Xanımın incəsənət aləminə aidiyəti yoxdur”.
Reper həyat yoldaşına ünvanlanan “Həyat yoldaşınız sizi qısqanırmı?” sualına isə “Xanımım Azərbaycan dilində danışmır” deyərək onun açıqlama verməsinə mane olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.