Küləkli hava şəraiti sabah gündüz saatlarına qədər davam edəcək.
Cia.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyi əsəcək. Gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
"Yanvarın 9-u səhər saatlarından başlayaraq külək mülayimləşəcək və cənub-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 10-da da gün ərzində cənub-qərb küləyi əsəcək. Eyni zamanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bu gün axşam və yanvarın 9-da gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir", - o əlavə edib.
Qurum rəsmisi bildirib ki, rayonlarda da yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
"Lakin bu gün axşam və ayın 9-u gecə bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Bölgələrdə də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeronda gündüz 8-12 dərəcə, aran rayonlarında 10-15 dərəcə, dağlıq ərazilərdə isə 2-7 dərəcə isti olacaq" - deyə o qeyd edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.