banner
banner

Şou

Tuba Büyüküstünlə Murat Bozun səmimi görüntüləri yayıldı -FOTO

Tuba Büyüküstünlə Murat Bozun səmimi görüntüləri yayıldı

 

Ötən aylarda “Anothet Self”in baş rol ifaçıları, türkiyəli aktrisa Tuba Büyüküstün və həmkarı Murat Bozun sevgili olduğu iddia edilmişdi. Büyüküstün haqqında yayılan xəbərlərdən sonra “Adım hamı ilə hallanır. Belə bir şey yoxdur” demişdi.

Şayiələri təkzib edən cütlük aylar sonra bənzər vəziyyətdə görüntülənib. Ötən axşam komanda yeməyində bir araya gələn cütlük birlikdə çəkilmiş fotolarını sosial media hesablarında paylaşıblar.

 

Büyüküstünlə Bozun yaxınlığı və yan-yana oturması diqqətdən yayınmayıb. Onların əhvalının olduqca yaxşı olması və Bozun aktrisaya baxışları diqqət çəkib.

Cütlüyün iyul ayında Beykozda restoranda birgə yeməsi barədə xəbər mətbuatda rezonans doğurmuşdu. Avqust ayında isə onlar Alaçatıda bir məkanda dostlarının əhatəsində görüşüblər. Onların yan-yana fotoları pərəstişkarlarının müzakirəsinə səbəb olmuşdu.

Xanım aktrisa sonuncu dəfə menecer Umut Evirgenlə sevgili olub. Təxminən üç il birlikdə olan cütlük münasibətlərini 2020-ci ilin mayında sonlandırıb.

Büyüküstün 2011-ci ildə ailə həyatı qurduğu aktyor və rejissor Onur Saylakdan 2017-ci ildə boşanıb. Onların bu evlilikdən Maya və Toprak adlı doqquz yaşlı əkiz qızları var.

 

Mənbə: Haber Türk



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.