Cəlilabad rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.
Cia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, yanvarın 26-sı saat 1 radələrində rayonun Təzəkənd kəndi ərazisində rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Ümid Əliyev hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.