Ermənilər Laçını tərk edəcək: Dəhlizin yeni marşrutu
Fevralın 1-də ermənilərə məxsus teleqram kanallarında Laçın dəhlizinin yeni marşrutu haqqında maraqlı məlumat yayılıb. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ermənilərin tezliklə Laçın şəhərini tərk etməli olması ilə bağlıdır.
Bu, o deməkdir ki, onlar artıq dəhlizin şəhərdən keçən bu hissəsindən istifadə edə bilməyəcəklər.
Qarabağı Ermənistanla birləşdirəcək yeni yol-dəhliz Kərkicahandan (Xankəndi ətrafında) Qaybalı, Zarıslı və Turşsu kəndlərindən keçməklə çəkiləcək.
Daha sonra yol Laçın şəhərindən yan keçməklə, Kirov, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərindən keçəcək və Ermənistanın Kornidzor qəsəbəsinə çıxacaq.
Qarabağdakı erməni mənbələri bunun ermənilərin tezliklə Laçını tərk etməsi ilə bağlı olduğunu təsdiq edirlər.
Xəritəyə baxdıqda yolun iki yeni hissəsinin tikiləcəyi görünür. Amma hazırki yolun təqribən yarısından da istifadə olunacaq. Əgər belədirsə, bu hissələrdə ermənilər və azərbaycanlılar üz-üzə gələcək. İstənilən halda, ermənilər üçün yol uzanacaq.
Bundan başqa, Laçın yaxınlığında yeni və köhnə yollar kəsişməli olacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.