Təkcə körpələri deyil, valideynləri də çığırdan doğum: “Qiyməti xəstələrin özü şişirdir“
“Özəl klinikalarda hər bir sahibkar özü qiymət təyin edir”.
Bunu Cia.az-a açıqlamasında Diaqnoz Tibb Mərkəzinin həkim-ginekoloqu Gülnar Ağayeva bildirib.
O, özəl və dövlət xəstəxanalarında doğum qiymətlərinin yüksək olması ilə bağlı şikayətlərlə bağlı danışıb.
Qiymətlərin həddən artıq baha olması, xüsusən özəl xəstəxanalarda d 2500-3000, hətta 4000 manata çatmasına ciddi iradlar səslənir. Həkim-ginekoloq bunu özəl klinika sahiblərinin müəyyən etməsi ilə əsasalandırır:
“Elə klinika var ki, doğuş paketinin qiyməti 700-800 manat, eləsi də var ki, 1000 manatdır. Dövlət xəstəxanalarında isə doğuş pulsuz olmalı, xəstənin nəyə gücü çatırsa onu verməlidir. Çünki yeni doğulan körpə üçün dərman, iynə lazımdır. Dövlət xəstəxanalarında təchizat isə yaxşı səviyyədə deyil. Yəni uşaq üçün keyfiyyətli dərmanlar yoxdur. Buna görə də, lazımi preparatları xəstə özü alır.
Özəl xəstəxanalarda isə hər şey, o cümlədən pampers, yemək xəstənaya ödənilən vəsaitə daxildir. Sonda isə bu qiymətlər hesablanır və xəstəyə təqdim olunur”.
Gülnar Ağayeva qiymətlərin əhalinin əksər hissəsinin maddi durumuna uyğun olmadığını etiraf edib. Lakin xəstə sahiblərini də qəribə şəkildə ittiham edib:
“Lakin imkansız xəstənin də özəl xəstəxanaya üz tutmamalıdır. Maddi gücü çatmayan özəl xəstəxanaya gedib sonra şikayət eləməsin. Məsələn, dövlət xəstəxanasına doğum sancısı ilə gələn biri doğuma alınır. Doğum bitdikdən sonra isə həkimə “hörmət” edə bilərlər. Təbii ki, bu məcburi deyil, hər kəsin öz işidir. Çox vaxt qiyməti xəstələrin özü şişirdir. Məsələn, xəstəxanaya taksi ilə gedir, gündə 3 dəfə yemək gətirir, uşağa paltar, yemək alır və bunu xəstəxan xərcinin üsütnə gəlir. Bu, doğru deyil”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.