"Tərtər işi"nə görə həbs olunan komandir barədə ŞOK FAKTLAR: Arvadının üzünə kislota töküb
"Tərtər işi"nə görə yenidən başlanılan cinayət işi üzrə təqsirli bilinərək həbs olunan hərbçilərdən biri - Fuad Axundov barədə ilginc faktlar ortaya çıxıb.
Cia.az xəbər verir ki, Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilən Axundov Fuad Arazi oğlu vaxtilə öz həyat yoldaşına qarşı insanlığa sığmayan rəftarı ilə gündəmə gəlib.
Belə ki, o, 2018-ci ilin dekabr ayında öz həyat yoldaşının üzünə kislota tökməkdə təqsirləndirilib. F.Axundov həyat yoldaşını başqa kişilərlə intim münasibətdə olaraq ona xəyanət etdiyi üçün cəzalandırdığını bildirib.
Həmin vaxt başladılan məhkəmə prosesində məlum olub ki, F.Axundov Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən hərbi hissəsində xidmət edib. Xüsusi Təyinatlılar bölüyünün komandiri olan Fuad Axundov polkovnik-leytenant rütbəsini daşıyıb. O, bir neçə il əvvəl təqaüdə çıxıb, "Aprel döyüşləri"ndən sonra onun müqavilə müddəti artırılıb və Talış kəndi ətrafında cəbhəyə göndərilib. F.Axundov orada batalyon komandiri vəzifəsini icra edib. Ali Komandanlıq Məktəbinin məzunu olub. O, xidmətdə olduğu müddətdə bir neçə dəfə təltif edilib.
Hazırda F.Axunov həyat yoldaşı Xatirə Axundovanın üzünə kislota tökməklə ağır xəsarət yetirməkdə ittiham olunur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.