banner
banner

Sosİal

Kürdə suyun səviyyəsi yenə azalıb

Kürdə suyun səviyyəsi yenə azalıb

Fevralın 12-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı və Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2, Gəncəçayın Zurnabad məntəqəsində isə 1 santimetr artıb. Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor və Təngərüdçayın Vaqo məntəqələrində suyun səviyyəsində 3, Viləşçayın Şıxlar məntəqəsində isə 1 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 132 kubmetr/saniyə qeydə alınır ki, bu da ongünlük normanın 77 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 3 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 24,5 kubmetr qeydə alınır ki, bu da ongünlük normanın 35 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz azdır.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 285 santimetr, su sərfi isə 61 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 109, Kür-Bankədə 7 santimetr azalaraq 112, Araz-Novruzluda isə 2 santimetr artaraq 59 santimetr olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.