banner
banner

Sosİal

Bu gün 150 azərbaycanlı Odessadan təxliyə olunub

Bu gün 150 azərbaycanlı Odessadan təxliyə olunub

Bu gün Odessadan 150 azərbaycanlı təxliyə olunub”.

Bunu Cia.az-a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.

O bildirib ki, dünən isə bu şəhərdən 120-yə yaxın şəxs təxliyə olunub:

“Bu gün yola saldığımız həmvətənlərimiz Moldova sərhədinə gedib. Orada səfrilik əməkdaşları onları yerləşdirəcək. Burada nəqliyyat vasitəsi tapmaq çox çətindir. Amma müraciət olduqca və müəyyən sayda insan yığıldıqca göndəririk”.

Təşkilat sədri vurğulayıb ki, hazırda Odessada vəziyyət sabitdir:

“Odessa vilayətində 30 min azərbaycanlı var. Ümumilikdə buradan nə qədər şəxs çıxıb deyə bilmirik. Çünki bizə bildirmədən, öz maşınları ilə şəhəri tərk edənlər də çoxdur”.

Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli isə bildirib ki, dünən 10 nəfər azərbaycanlı Macarıstana keçib:

“Altı nəfər soydaşımız isə Azərbayacana yola salınıb”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.