banner
banner

Sosİal

Bu il əhaliyə 700 milyon manat ödənilib

Bu il əhaliyə 700 milyon manat ödənilib

Yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 824 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Nazirlikdən Musavat.com-a verilən xəbərə görə, onlardan 455 mini sosial müavinətlə, 369 mini Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 36 faiz çox olmaqla 700 mln. manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 402 mln. manat ödənilib.

Bu ilin 9 ayında 179 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 400 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər